Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:59

Avropa kəskin soyuq qış yaşayır


Almaniyada həftənin şənbə və bazar günləri gözlənən qar fırtınasına hazırlaşırlar.

Bu gün bütövlükdə kəskin soyuqlar Avropanın bir çox ölkəsini cənginə alıb.

İngiltərə son on ilin ən soyuq qışını yaşayır. Fransada isə minlərlə adam qara görə elektriksiz qalıb.

Bosniyada gözlənilməz yağışdan sonra yaranan sel bir neçə min evi basıb. Yerli hakimiyyət narahatdır ki, yağış davam etsə, ölkə torpaq sürüşmələri təhlükəsi ilə üzləşə bilər.

Norveç isə 1987-ci ildən bəri ən aşağı temperaturla üzləşib. Bu gün ölkədə 42 dərəcə şaxta qeydə alınıb.

İspaniyada qara görə 16 min uşağa əlavə bir gün də qış tətili verilib.

Bütün Avropada dəmir yolu məhdudiyyətlərlə işləyir.
XS
SM
MD
LG