Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan “daha aydın və əhatəli” siyasi proqram elan edəcək. Bu gün Yerevanda iki min nəfərə yaxın tərəfdarı ilə keçirdiyi mitinqdə keçmiş prezident deyib ki, yeni proqramını martın 1-də açıqlayacaq.
2008-ci il martın 1-də Yerevanda Ter-Petrosyanın tərəfdarlarının keçirdiyi mitinqdə polislə qarşıdurma zamanı 10 nəfər həlak olmuşdu. O zaman müxalifət fevralın 19-da keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını bildiridilər.
Amma keçmiş prezident yeni siyasi proqrmaı haqqında heç bir əlavə məlumat verməyib.
Bu gün müxalifət fəalları həbsdə olan siyasi məhbus Nikol Paşinyanın seçki təbliğatı üçün mitinq keçiriblər. O, yanvarın 10-da Yerevanda seçki dairələrindən birində keçiriləcək növbədənkənar deputat seçkisi üçün namizədliyini irəli sürüb.