Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:24

Terrora görə məhkum edilmişlər bəraət istəyir


İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə təqsirləndirilən şəxslər barələrindəki məhkəmə hökmündən apellyasiya şikayəti veriblər.

Onlar - Livan vətəndaşları - Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşovdur.

Onlar “Hizbullah” və “Əl-Qaidə” ilə əməkdaşlıqda ittiham olunublar. Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələri ilə ittiham olunmuş Kərəki Əli Məhəmməd 15, Nəciməddin Əli Hüseyn 15, Cavid Məmmədov 12, Vidadi Rəsulov 14, Müşfiq Amanov 13, Əfqan Balaşov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə razılaşmayan dəstə üzvləri barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.

Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna bildirilib ki, apellyasiya şikayəti yaxın vaxtlarda hakim icraatına veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG