Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

H.Kərzayi Qərbin bəzi incə məsələləri başa düşmədiyini deyir


Əfqanıstanın prezidenti Həmid Kərzayi bildirir ki, onun ölkəsində korrupsiyanın vəziyyəti barədə Qərb mətbuatı şişirdilmiş məlumatlar verir. O, Əl-Cəzirə televiziyasında bu gün yayılmış müsahibəsində deyib ki, Qərb liderlərinin onun haqqında müsbət rəyindən asılı vəziyyətdə deyil.

Həmid Kərzayi xüsusi vurğu ilə ölkəsinin suveren dövlət olduğunu söyləyib. O, bildirib ki, bu ayın sonunda Londonda keçiriləcək beynəlxalq konfransda donor ölkələrdən daha çox yardım xahiş etməyəcək. Əksinə, Əfqanıstandakı xarici hərbi qüvvələrdən əfqanların həbsini və gecə reydlərini dayandırmağı, mülki sakinlər arasında itkilərin azaldılması üçün daha gərgin işləməyi tələb edəcək.

Əfqanıstanın prezidenti həmçinin qeyd edib ki, onun hökuməti yaraqlılarla barışıq cəhdlərini gücləndirmək istəyir. Həmid Kərzayinin fikrincə, Qərb ölkələri bəzi hallarda Taliban düşmənçiliyinin bir çox incə məqamlarını anlaya bilmirlər.
XS
SM
MD
LG