Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:48

Qadını quçaqlayan idmançı cərimə edildi


Pakistan parlamenti ölkənin milli otüstü hokkey komandasının heyətini 2350 ABŞ dolları məbləğində cərimələyib. Buna səbəb kimi də keçən ay Argentinada keçirilən oyun zamanı qadını qucaqlamaq spirtli içki içmək göstərilir. Buna görə oyunçu 1175 dollar, onun məşqçiləri isə 588 dollara qədər cərimə ödəməli olacaqlar.

Pakistan komandasının üzvləri oyundan sonra axşam oyunun əlaqələndiricisi olan qadını qucaqlayıb şəkil çəkdirmişdilər. Həmin şəkil internetdə video paylaşma şəbəkəsi olan youtube saytına çıxandan sonra parlamentin idman komitəsi məsələni araşdırıb.

Komitə bildirib ki, qadını ictimai yerdə qucaqlamaq İslam mədəniyyətinə ziddir. Ona görə də idmançılar cəzalandırılıb.
XS
SM
MD
LG