Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:22

Tbilisidən Moskvaya uçuşlar bərpa olundu


Rusiya və Gürcüstan birbaşa təyyarə reysləri bərpa olunub. Bugündən başlayaraq yanvarın 10-a qədər Tbilisidən Moskvaya və Sankt-Peterburqa beş təyyarə uçacaq. Bu gün isə çarter reysi ilə Moskvaya 85 sərnişin uçub.

Gürcüstanın hava yolları uçuşları davamlı etmək üçün hələlik Rusiyadan razılıq gözlədiklərini bildirib. Amma Gürcüstanın Nəqliyyat Nazirliyinin sözçüsü hələlik hava əlaqəsinin tam bərpası üçün hökumətlər arasında danışıqlar getmədiyini bildirib. Rəsmilər indiki çarter reyslərini özəl hava yolları şirkətinin həyata keçirdiyini bildirirlər.

Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatı 1998-ci ilin avqustundan kəsilib. Həmin vaxt tərəflər arasında qısamüddətli müharibədən sonra Rusiya Gürcüstanın Moskvaya meylli iki separatçı bölgəsini dövlət kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG