Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

Bakıda oğurlanan Çin vətəndaşı azad edilib


2010-cu il yanvarın 6-də Bakıda oğurlanan Çin vətəndaşı Zhanq Venl girovlüqdan azad edilib. Xəbəri AzadlıqRadiosuna DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov verib.

Qadının oğurlanması haqda xəbər polisə yanvarın 6-da daxil olub. Zhanq Venlin həyat yoldaşı polisə bildirib ki, qadın idarə etdiyi «Opel Astra» markalı avtomobili ilə bərabər yoxa çıxıb. Ertəsi gün qadının əl telefonundan ona zəng edən şəxslər qadının azadlığa buraxılması üçün 300 min ABŞ dolları tələb edib, baş verənlərlə bağlı polisə xəbər verərsə, qadını öldürəcəkləri ilə hədələyiblər.

Yanvarın 7-də kimliyi bilinməyən şəxslər Zhanq Venlin kəsilmiş barmağının yaşadığı həyətə atıldığını xəbər veriblər. Kəsilmiş barmaq qadının yaşadığı həyətdən tapılaraq götürülüb.

Yanvarın 7-də həyata keçirilən əməliyyatda ağır cinayəti törədən 5 Çin vətəndaşı saxlanıb. Oğurlanan Zhanq Venlin onların yaşadığı evdə gözləri, əlləri, ağzı bağlanmış şəkildə tapılıb. Evdən çinlilərin cinayətdə yararlandıqları bir sıra əşyalar o sıradan, maskalar, bıçaqlar, dəmir dəyənəklər, yapışqanlı lent, mobil telefonlar götürülüb.

Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 144.1-ci (avam oğurluğu) maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG