Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

«Azərbaycandan Rusiyaya aparılan qadınların sayı artıb»


Azərbaycanda ötən il insan alverinin qurbanı olan qadınlar daha çox Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İrana aparılaraq istismar olunublar. Bunu «Trend News»a açıqlamasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev bildirib.

«Son illər Azərbaycandan Rusiyaya aparılan qadınların da sayı artıb», - Şıxəliyev deyib.

İdarə rəisinin sözlərinə görə, ötən il insan alveri ilə bağlı aşkar edilmiş 80 faktın əksəriyyətinin qurbanı qadınlardır. Aşkarlanmış faktlar nəticəsində 91 qurban müəyyən edilib ki, onlardan 10 nəfəri 2009-cu ildə baş vermiş cinayətlərin payına düşüb. Qeydə alınmış insan alveri faktlarına görə 70 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Məsuliyyətə cəlb olunmuş şəxslərin 90-95 faizi qadınlardır. Ötən il bu qəbildən olan cinayətlər sırasında 3 fakt əməyin istismarı ilə bağlıdır. Həmin faktlardan ikisi Azərbaycan, biri isə Rusiya ilə bağlıdır.

Şıxəliyev bildirib ki, insan alverinin qurbanı olan qadınların əksəriyyəti uğursuz ailələrdən çıxan, savadsız, dünyagörüşü az olanlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG