Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:48

Gəncədə saxta mebellər satılır


Çin istehsalı olan mebellər xarici markalar adı altında satılır.

Gəncədə 20-yə yaxın mebel mağazasında belə hallar aşkarlanıb.

Bu barədə Standartlaşdırma, Metreologiya və Patent İdarəsinin rəis müavini Qasım Hüseynov məlumat verib. O, bildirib ki, əksər məhsulların istifadə sertifikatı və təlimatı yoxdur. Həmin mağaza sahiblərinə məhsulları sertifikatlaşdırmaq üçün 1 həftə vaxt verilib.

Q.Hüseynov deyir ki, idarənin qaynar xəttinə bahalı amma keyfiyyətsiz mebel alan 5 vətəndaş tərəfindən şikayət zəngi daxil olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG