Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:27

Polis bir testin qurbanı oldu


Slovakiyada yüksək vəzifəli polis məmuru istefa verib. Buna səbəb İralandiyaya uçan təyyarə ilə sınaq üçün partlayıcı maddənin aparılması olub.
Belə ki, bugünlər özünün xəbəri olmadan sərnişinlərdən birinin çantasına partlayıcı maddə yerləşdirilib. Hava limanının təhlükəsizlik xidməti isə bunu tuta bilməyib.

Çantasına partlayıcı qoyulmuş sərnişini İrlandiya polisi Dublində hava limanında saxlayıblar. Məsələnin bir yoxlama olduğu aydın olandan sonra onu azad ediblər.

Bu hadisə İrlandiyada qəzəb və aviasiya təhlükəsizliyi idarələrində təlaş yaratmışdı.

Slovakiyanın Daxili İşlər Nazirliyi yüksək vəzifəli zabitini qurban verməklə qalmaqaldan xilas olmağa çalışır.

Bu yoxlamanı kimin apardığı haqqında məlumat verilmir.
XS
SM
MD
LG