Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

Qazı və işığı kəsməyin yeni qaydaları təsdiqləndi


Azərbaycanın Nazirlər Kabineti yanvarın 6-da vətəndaşların qaz və elektik enerjisi ilə təminatını dayandırmağın, ödənişin yeni qaydalarını təsdiq edib.

Hökumətin qərarına görə bundan sonra vətəndaşın qazı və işığı yalnız onun özünün müraciəti olanda, təmir işləri olanda, qurğular dövlət standartlarına uyğun olmayanda və ya bir ay ərzində istifadə edilmiş qazın və ya işığın haqqını ödəmədikdə kəsilə bilər.

Kəsilmə vətəndaşın paylayıcı ilə lazım olan müqaviləni bağlamaqdan imtina etməsi və məhkəmənin qərarı ilə də həyata keçirilə bilər.

Hökumət kiminsə qazı və ya elektriki kəsilərkən bundan başqalarının ziyan çəkməsini qadağan edir.

Nazirlər Kabinetinin qərarında elektrik və qazın haqqını ödəmək üçün möhlət də beş gündən bir aya qədər uzadılıb. Həm də bundan sonra təchizatçı müəssələrin işçiləri əvvəlki aylardan özlərinin səhv hesabalamalarına görə yaranan borcları vətəndaşdan tələb etməyi qadağan edir.

İnsan haqları fəalları indiyə qədər hökuməti bu problemlərə görə tənqid edirdilər. Amma onlar adətən qanunların icrasından daha çox gileylənirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG