Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:57

Müxalifətçilər “Allaha düşmənçilik”də ittiham olunurlar


İran keçən ay baş verən qarşıdurmaya görə tutulmuş beş adamı məhkəmə qarşısına çıxarır. Rəsmi İRNA agentliyi həmin adamların adlarını və məhkəmənin keçiriləcəyi günü açıqlamayıb. Amma agentlik onların “Allaha düşmənçilik”də ittiham olunduqlarını bildirir.

İranda mühafizəkar siyasi qüvvələr müxalifət liderlərinin də həmin cinayətdə ittiham olunmalarını tələb edirlər. Bu ittihamda ölüm cəzası nəzərdə tutulur.

Ötən ilin iyununda keçirilmiş mübahisəli prezident seçkisindən sonra müxalifət fəalları ilə hökumət qüvvələri arasında bir neçə dəfə ciddi toiqquşmalar baş verib.

Bu yaxınlarda Aşura mərasimləri zamanı baş vermiş toqquşmada da rəsmilə səkkiz adamın öldürülüdyünü, 900 nəfərdən çox mitinqçinin də həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG