Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Küçəyə tüpürəni evindən qovacaqlar


Çinin Guangzhou şəhərinin rəhbərliyi təmizlik üçün yeni qaydalar tətbiq etməyə başlayıb. Yeni qaydaların pozulmasına görə cəza adamların evlərindən çıxarılması ola bilər.

Yeni qaydalara əsasən intizamsızlıq, yeyilmiş meyvənin qalıqlarının, siqaret kötüyünün ətrafa atılması kimi pintiliklər, həmçinin yolda saqqız çeynəmək, küçəyə tüpürmək və digər təbii ehtiyaclarını ödəmək cəzalandırılacaq. Həmçinin maşınını qadağan edilmiş yerlərdə saxlamaq, binanın çölündə qurutmağa paltar asmağa görə cəza veriləcək.

Şəhər sakinləri hər qayda pozuntusunun xarakterinə görə “bal” alacaqlar. Məsələn, küçəyə tüpürmək və ya orada təbii ehtiyaclarını ödəmək kimi pozuntu üç “bal”dır. İki il ərzində qayda pozuntuları ilə 20 “bal” toplayanlar evlərindən çıxarılacaqlar.

Guangzhou şəhərinin Torpaq Ehtiyatları və İdarəetmə Bürosundan bildiriblər ki, yeni qaydalarla “şəhərdə gigyenik, sağlam və harmonik mühit yaratmaq” istəyirlər.
XS
SM
MD
LG