Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45
İspaniyanın ən qədim və nüfuzlu ədəbi mükafatı olan Nadal mükafatı - ispan yazıçısı və jurnalisti Klara Sançezə verildi.

54 yaşlı yazıçı mükafatı “Sənin adın altında nə gizlənir” romanına görə alıb.

Roman iki qocadan bəhs edir.

Onlardan biri İspaniyada gizlənən keçmiş nasistdir.

Digəri isə müharibə dövründə nasistlərin Mauthauzen düşərgəsinə salınıb. O, Argentinada yaşayır və ömrünün son illərini sağ qalan nasistlərin axtarışına sərf edir.

Sançez həm də İspaniyanın “El Pais” qəzetinin yazarıdır.

Mükafatın dəyəri 18 min avrodur.

Nadal mükafatı 1944-cü ildə təsis edilib.

İndiyəcən bu mükafata bir sıra tanınmış ispandilli müəlliflər, məsələn, Miqel Delibes, Karmen Laforet, Rafael Sançes Ferlosio, Karmen Martin Qayte və Xuan Xose Milyas da layiq görülüb.

Həmçinin bax

"Kosta" mükafatı Kolm Toybinə verildi

Türkiyədə çap olunan qəribə Azərbaycan tarixi
XS
SM
MD
LG