Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45
Hildegün Olsen 10 həftə bədənində 13 sm uzunluğunda qayçı gəzdirib, amma bundan xəbəri də olmayıb.

«Son həftələr qarnımda dəhşətli ağrılar var idi. Həkimlər bunun səbəbini mənə izah edəndə şok oldum. İnanmağım gəlmirdi ki, belə şey mümkündür», – deyə Olsen Norveçin Dövlət Televiziyasına (NRK) bildirib.

Bir müddət əvvəl H.Olsen döş xərçəngi ilə bağlı Sant Olavs xəstəxanasında 5 saatlıq mürəkkəb cərrahiyyə əməliyyat keçirib. Hər şeydən göründüyü kimi, cərrah qayçısı bu əməliyyat zamanı xəstənin qarnında unudulub.

Sant Olavs xəstəxanasının cərrahı Sneve Sörensen bu əməliyyatda iştirak edən 4 həkimdən biri olub. O deyir ki, alətləri həm əməliyyatdan əvvəl, həm də sonra sayırlar. Amma bəzən mürəkkəb əməliyyatlar zamanı əvvəlcədən hazırlanan alətlər bəs etmir, təcili şəkildə əlavə cərrahiyyə alətləri gətizdirirlər. Qaçaqaçda onları heç kim saymır.

H.Olsenin rentgen şəkillərinə baxan həkimlər gözlərinə inanmaqda çətinlik çəkirdilər. Şəkillərdə aydın görünür ki, pasientin qarnında qayçı var.

Sant Olavs xəstəxanasının rəhbərliyi hadisəyə təəssüfləndiyini bildiriblər. Lakin H.Olsen qayçını çıxartmaq üçün həmin xəstəxanada əməliyyat olunmaqdan imtina edir.

Yanvarın 8-i onu Levanger xəstəxanasında əməliyyat edəcəklər. Qayçını çıxaracaq cərrah Knut Holmen NRK-ya deyir ki, 25 illik təcrübəsində heç vaxt buna bənzər hadisə ilə rastlaşmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG