Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Partlayışa görə məhkum edilmiş fəhlə bəraət istəyir


Paytaxtdakı yaşayış binalarından birində baş vermiş partlayışa görə məhkum edilmiş fəhlələrdən biri Elman Niftəliyev barəsindəki məhkəmə hökmünün ləğv edilməsi və ona bəraət verilməsi üçün apellyasiya məhkəməsinə müraciət edib.

Vəkil Türkel Süleymanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində fəhlənin apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilməyib. Eyni vaxtda ittiham tərəfi də apellyasiya şikayəti verib ki, fəhləyə təyin edilmiş 2 il 6 ay müddətinə məntəqə tipli cəza dəyişdirilsin və ona 8 il 6 ay müddətinə həbs cəzası verilsin. Apellyasiya instansiyası prokuror Roza Şıxseyidovanın da protestini təmin etməyib.

2008-ci ilin dekabr ayının 13-də Bakının Naxçıvanski küçəsindəki 5 mərtəbəli yaşayış binasında baş vermiş partlayışda 3 nəfər ölmüş, 9 nəfər yaralanmışdı.

XS
SM
MD
LG