Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

H1N1 vaksinləri ən geci sabah çatacaq


Azərbaycana «A H1N1» virusuna qarşı vaksinlər bu gün axşam və ya sabah çatacaq.

Bu barədə məlumatı Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov verb. O, 170 min doza həcmində gətiriləcək vaksinlərin xüsusi nəzərdə tutulmuş tibb müəssisələrində vurulacağını bildirib.

Gətiriləcək 170 min doza əhalinin təqribən 2 faizi üçün nəzərdə tutulub. Peyvəndlərin ilk partiyası əhalinin risk qrupuna aid olan təbəqəsinə, əsasən tibb işçilərinə, gömrük-sərhəd xidmətinin əməkdaşlarına, bronxial xəstələrə və hamilə qadınlara vurulacaq.

Azərbaycanda 14 nəfər «donuz qripi»nə yoluxub. Onlar arasında ölüm faktı qeydə alınmayıb. Xəstələr hamısı müalicə edilərək evə buraxılıblar. /AnsPress/
XS
SM
MD
LG