Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:50

«Tovuz sakini Ermənistanda girovluqdadır»


Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində itkin düşmüş Tovuz rayon sakini Ermənistan tərəfindən girov götürülüb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından «Trend News»a deyilib.

«Bizdə olan məlumata görə, Tovuz rayonunun Əlibəyli kənd sakini Tağıyev Eldar Heydər oğlu girov götürülüb», - məlumatda deyilir.

Dövlət Komissiyası beynəlxalq təşkilatlarla birgə onun azad olunması üçün tədbirlər görür.

Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-də itkin düşüb.
XS
SM
MD
LG