Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Gəncədə elmlər namizədi özünü asıb


İlkin ehtimallara görə intihara səbəb onun psixi sarsıntılar keçirməsi olub.

Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə yanvarın 6-da saat 15:00 radələrində Yeni Gəncə qəsəbəsində baş verib. Məlumata görə, 1939-cu il təvəllüdlü Gəncə şəhər sakini, Ələsgər Əliyev özünü yaşadığı mənzilin hamamındakı qapı çərçivəsindən iplə asıb. Qeyd edək ki, mərhum Gəncə Regional Elmi Mərkəzin şöbə müdiri vəzifəsində çalışıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Əvvəlki gün həmin ərazidə yəni Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinin digər bir sakini intihar edib.

Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, 1987-ci il təvəllüdlü Məmmədov Tural Mobil oğlu axşam saat 20:00 radələrində Qızıl Hacılılar küçəsi, 2-ci döngədə yerləşən bağ sahəsində özünü asıb. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi açılıb. Araşdırma aparılır.
XS
SM
MD
LG