Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:36

Manuçöhr Mottaki Bağdada gedib


İranın XİN Manuçöhr Mottaki İraqdadır. İki gün Bağdadda səfərdə olacaq, qarşılıqlı münasibətlər, təhlükəsizlik və sərhəd problemi müzakirə ediləcək.

İran XİN həmkarı Hoşyar Zebari, həmçinin prezident Cəlal Talabani və digər rəsmilərlə görüşəcək.

Dekabrın ortalarından İran qoşunları İraqla mübahisəli sərhəd boyunca əl-Fakkah neft yatağının yaxınlığında yerləşdirilib. İraqlılar bir neçə şəhərdə nümayiş keçirərək hökumətin ölçü götürməsini tələb ediblər.
XS
SM
MD
LG