Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 03:42

Mahaçkalada iki yaraqlı həbs edilib


Mahaçkaladan 15 kilometr aralıda iki yaraqlı həbs edilib. Onları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin qoşunları ilə DİN-nin hərbçiləri ələ keçirib.

Rusiya xəbər agentlikləri bildirir ki, Kormaskala qəsəbəsində gizlənən yaraqlılarla atışma olub. Qonşu evlərin sakinləri evakuasiya olunub.

Yanvarın 6-da Mahaçkalada intiharçının partlayış törətməsi nəticəsində 6 polis ölüb, daha 19 nəfər yaralanıb. Onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Dünən Mahaçkala yaxınlığındakı qəsəbədə dəmir yolundan da partlayıcı tapılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG