Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:07

Təyyarəni partlatmaq istəyən ittiham olunur


Milad Bayramı günü ABŞ-da sərnişin təyyarəsini partlatmağa cəhd edən nigeriyalıya rəsmən ittiham irəli sürülüb.

Faruk Əbdülmütəlləb 6 maddə ilə günahlandırılır, o cümlədən təyyarədəki 289 insanın ölümünə cəhd, kütləvi qırğın silahından istifadəyə görə. Əbdülmütəlləb təqsirli bilindiyi halda onu ömürlük həbs gözləyir.

Nigeriyalıya etiraf edib ki, partlayıcını ona Yəməndə Əl-Qaidə qruplaşması verib.

ABŞ-ın baş prokuroru Erik Holder bildirib ki, hücumla əlaqəli istənilən adam hərbi və ya məhkəmə yolu ilə mühakimə olunacaq.

23 yaşlı nigeriyalı dekabrın 25-də Amsterdam-Detroyt aviareysi ilə uçan təyyarənin göyərtəsində partlayıcını işə salmağa çalışsa da, sərnişinlər tərəfindən zərərsizləşdirilib.

ABŞ prezidenti bildirib ki, hökumətin terror hazırlığı barədə məlumatı olub. Barak Obama xüsusi xidmət orqanlarının işini yaxşılaşdırmağı tələb edib.
XS
SM
MD
LG