Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32
Amerikalı Thomas McArdle məktəb kitabxanasından götürdüyü kitabı 73 il sonra geri qaytarıb. (AP)

73 il qabaq McArdle Pitsburq yaxınlığındakı "Chestnut Street Elementary School" adlanan məktəbdə 6-cı sinifdə oxuyurdu.

McArdle deyir ki, kitabı bu yaxınlarda evini yığışdıranda tapıb və "Romanın təşəkkülü" adlanan roman hələ də yaxşı vəziyyətdədir.

Onun sözlərinə görə, roman vaxtilə onun tarix elminə olan həvəsini daha da artırıb.

Məktəbin yerləşdiyi rayonun rəsmiləri deyiblər ki, onlar xoş məram göstərib kitabın 73 il gecikdirilməsinə görə cəriməni almaqdan imtina ediblər.

Şərhləri göstər

XS
SM
MD
LG