Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:25

Mahacqalada dəmiryola da bomba qoyulubmuş


Mahacqala ətrafında dəmiryolda partlayıcı qurğu aşkar edilib.

İstehkamçılar qurğunu zərərsizləşdirib və nəticədə bir neçə qatarın hərəkəti dayanıb.

Bundan əvvəl Mahaçqalada intiharçının minalanmış maşını partlatması nəticəsində 6 polis ölüb, 14-ü isə yaralanıb.

İntiharçı minalanmış maşını batalyonun həyətinə sürmək istəyərkən içəridə olan polis maşını onun qarşısını kəsib və bu vaxt partlayış baş verib.

İlkinn hesablamalara görə partlayış 50-70 kiloqram trotil gücündə olub.
XS
SM
MD
LG