Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:19

Afrikada atadan oğula hakimiyyət necə keçir?..


Əlcəzairdə indiki prezidentin legitimliyi müstəqillik uğrunda mübarizədə onun oynadığı rola əsaslanır
Əlcəzairdə indiki prezidentin legitimliyi müstəqillik uğrunda mübarizədə onun oynadığı rola əsaslanır
Hakimiyyəti ailədə necə saxlamalı?

Afrikanın 4 ölkəsi Azərbaycanda Əliyevlərin, Şimali Koreyadakı Kimlərin, Suriyadakı Əsədlərin yolu ilə gedirlər. Bunu Britaniyanın «Guardian» qəzeti yazır.

Misir prezidenti Hüsni Mübarək Amerikaya gedəndə oğlu Qamalı da apardı.
Liviya prezidenti Muammar Qəzzafi Lockerbi partlayışını törədən Əl-Meqranini Britaniyada həbsdən buraxdıranda bu prosesə rəhbərliyi oğlu Saif Əl-İslama tapşırdı.

«Guardian» yazır ki, qoca prezidentlər hakimiyyəti yavaş-yavaş öz oğullarına ötürürlər - Mübarək və Qəzzafidən başqa bu qoca prezidentlər Tunisdə Zinə el-Abidin bin Əli və Əlcəzairdə Abdeləziz Buteflikadır.

Ancaq hakimiyyətin belə ötürülməsində problem ondadır ki, Azərbaycanda İlham Əliyev Heydər Əliyevin yeganə oğlu idisə, Qəzzafinin 4 oğlu var. Əgər məsələn, Qəzzafi uzun müddət yaşasa, onun 4-cü oğlu Müətəssim varis olsa, onda gərək böyük qardaşı Saifin holdinqləri və xarici kontraktlara nəzarəti də ona keçə. Saif verəcəkmi?

Qəzzafi ailəsində bizneslər bölünüb. Varis olana o biri qardaşlar öz bizneslərini verməyə bilərlər.

Tunis prezidenti Ben Əli
Tunisdə isə Ben Əlinin həyat yoldaşı Trabelsi klanındandır. Prezidentin birinci həyat yoldaşı isə onun öz klanından idi.

İndi varisə birinci nikahdan olan qızları böyük problem yarada bilər, çünki Ben Əli klanının xalis təmsilçiləri onlardır.

Prezidentlərin qardaşları da başqa problemdir. Əlcəzairdə prezidentin qardaşı Səid mümkün varislərdən biri hesab olunur.

Və nəhayət hakimiyyəti belə ötürmədə 3-cü böyük problem hakimiyyətin legitimliyidir.

Əlcəzairdə indiki prezidentin legitimliyi müstəqillik uğrunda mübarizədə onun oynadığı rola əsaslanır.

Ancaq məsələn, onun qardaşı Səidin həmin müstəqilik uğrunda mübarizədə heç bir rolu olmayıb.

Liviyada xarizmatik Qəzzafinin 1969-cu ildə etdiyi çevriliş və onun şəxsiyyəti ətrafında əsil mif yaradılıb. Qəzzafini prezident kimi hamı buna görə qəbul edir. Qəzzafidən sonra isə onun ideologiyasının bütün cəfəngiyyatını saxlamaq mümkün olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG