Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:27

Serbiya prezidenti Kosovaya gedir


Serbiya prezidenti Boris Tadiç yanvarın 6-da Kosovaya gedir. İki günlük səfərdə Provoslav xristianların Milad Bayramı qeyd olunacaq.

Kosovanın baş nazirinin müavini Rame Manaj bildirib ki, Serbiya hökuməti Avropa Birliyi vasitəsilə səfər üçün sorğu göndərib və onlar razılıq veriblər.

Boris Tadiçin serblərin müqəddəs Vısoki Deçani monastırında dua edəcəyi bildirilir.

Bu serb prezidentin Kosova müstəqilliyini elan edəndən bəri ikinci səfəridir. Serbiya Kosovanın müstəqilliyini tanımır.
XS
SM
MD
LG