Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Açıq Cəmiyyət İnstitutu narahatdır


Corc Soros tərəfindən yaradılan Açıq Cəmiyyət İnstitutu İranda onlarla beynəlxalq təşkilatla əməkdaşlığa qadağa qoyulmasından narahatlığını bildirib.

Təşkilatın bəyanatında bildirilir ki, Açıq Cəmiyyət İnstitutu əvvəllər işləsə də, hazırda İranda heç bir fəaliyyət göstərmir.

Bazar ertəsi İranın Kəşfiyyat Nazirliyi 60-a yaxın xarici təşkilat və KİV-i İranda iğtişaşları qızışdırmaqda ittiham edib. Onların arasında Soros Fondu və Açıq Cəmiyyət İnstitutu, AzadAvropa və AzadlıqRadiosunun İran xidməti olan RadioFərda, BBC, Human Rights Wath, Freedom House da var. Bu təşkilatlarla əlaqə və əməkdaşlıq qadağan edilib.

İyun ayındakı mübahisəli prezident seçkilərindən sonra İranda dəfələrlə etiraz aksiyaları keçirilib. Müxalifət Mahmud Əhmədinejatın saxtalaşdırma yolu ilə qələbə qazandığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG