Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:22

Alt paltarı haqda zarafat eləmə


Zarafatcıl ailəni 3 min avro cərimə gözləyir
Zarafatcıl ailəni 3 min avro cərimə gözləyir
42 yaşlı kişinin yumor hissi ona baha başa gəlib. Almaniyanın Ştutqart aeroportunda o zarafatla deyib ki, alt paltarında partlayıcı maddə var.

İsveçin «Aftonbladet» qəzeti yazır ki, bunu eşidən aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları həmin sərnişini, qızı və həyat yoldaşı ilə birlikdə dönə-dönə bədən skannerindən keçməyə məcbur ediblər.

Skanner qurğusu onların üstündə şübhəli heç nə aşkar etməsə də, TUİfly şirkəti onları Misirə uçan təyyarəyə buraxmaqdan imtina edib.

Alman polisi jurnalistlərə bildirib ki, indi bu zarafatcıl ailəni 3 min avro cərimə gözləyir. Polis əməliyyatı ilə bağlı xərclər də onların öhdəsinə qoyula bilər. Misirə tətilə gedən ailə təyyarə biletlərinə verdiyi pulu da unuda bilərlər.

Yeni il ərəfəsi bir nigeriyalının alt paltarında təyyarəyə partlayıcı maddə keçirməsi və Detroyt üzərində onu partlatmaq cəhdindən sonra dünya aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG