Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45

İran-Türkmənistan qaz kəməri açılıb


İranla Türkmənistan arasında ikinci qaz kəməri açılıb. Açılışda hər iki ölkə prezidenti iştirak edib. İran prezidenti Mahmud Əhmədinejat bildirib ki, yeni kəmər ikitərəfli münasibətlərə yenilik gətirəcək.

182 kilometrlik Dövlətabad-Saraxs-Xanqıran kəməri ilə İrana çatdırılacaq qazın həcmi 2 dəfə artacaq. Hər il İran 20 milyard kub metr türkmən qazı alacaq.

Əhmədinejatın Türkmənistana səfəri yanvarın 5-dən başlayıb. Mərkəzi Asiya ölkələrinə səfəri çərçivəsində o, həftənin əvvəlində Tacikistanda olub, iqtisadi, regional məsələləri müzakirə edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG