Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

Ermənilərin katolikosu Azərbaycana gəlir


Bu ilin aprelində Bakıda Dünya dini liderlərinin sammiti keçiriləcək. «APA»nın məlumatına görə, bu təşəbbüslə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həmsədri kimi çıxış edib.

Bakıda keçiriləcək zirvə görüşü Rus Provaslav Kilsəsi ilə birgə təşkil ediləcək. İki gün davam etməsi gözlənilən tədbirə müsəlman, xristian, yəhudi və digər ənənəvi dinlərin liderləri dəvət olunacaq. Sammitə bütün ermənilərin katolikosu II Qareginin də dəvət ediləcəyi və onun tədbirdə iştirakı gözlənilir.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bu qəbildən ilk tədbirin 2006-cı ildə Moskvada keçirildiyini bildirib: «Həmin vaxt bu tədbirdə dünyanın 49 ölkəsinin 200-dək dini lideri iştirak etmişdi. Bakı sammitində bu coğrafiyanın daha da genişlənəcəyi istisna olunmur».

Günün bütün mövzuları

XS
SM
MD
LG