Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Kür və Araz çaylarının çirklənmə səviyyəsi artıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə ötən il keçirdiyi son monitorinqin nəticəsi açıqlanıb.

Monitorinqin nəticələrinə əsasən, çaylarda Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,81-6,83 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. /AnsPress/
XS
SM
MD
LG