Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

«Avropa Şurasının üzvü olan ölkədə siyasi məhbus olmamalıdır»


«AŞ PA dəfələrlə qeyd edib ki, Avropa Şurasının üzvü olan ölkələrdə siyasi məhbuslar olmamalıdır». Avropa Şurası Parlament Asambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərin bəyanatında belə qeyd olunur.

Həmməruzəçilər Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıblar. Qeyd olunur ki, əfv olunanların bəzisi yerli insan haqları təşkilatlarının siyasi məhbus siyahısında olanlardır.

Cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında «Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov da var.

AŞPA həmməruzəçiləri inanır ki, Azərbaycan Avropa Şurasına üzv olarkən götürdüyü əsas öhdəliklərin yerinə yetirilməsi istiqamətində işlər görəcək.

Azərbaycanda sonuncu əfv fərmanı dekabrın 25-də imzalanıb. Fərman 99 məhbusa şamil olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG