Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:43

Həmməruzəçilər əfv fərmanına münasibət bildirib


«AŞ PA dəfələrlə qeyd edib ki, Avropa Şurasının üzvü olan ölkələrdə siyasi məhbuslar olmamalıdır». Avropa Şurası Parlament Asambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərin bəyanatında belə qeyd olunur.

Həmməruzəçilər Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıblar. Qeyd olunur ki, əfv olunanların bəzisi yerli insan haqları təşkilatlarının siyasi məhbus siyahısında olanlardır. Cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında «Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov da var.

AŞPA həmməruzəçiləri inanır ki, Azərbaycan Avropa Şurasına üzv olarkən götürdüyü əsas öhdəliklərin yerinə yetirilməsi istiqamətində işlər görəcək.

Azərbaycanda sonuncu əfv fərmanı dekabrın 25-də imzalanıb. Fərman 99 məhbusa şamil olunub.
XS
SM
MD
LG