Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47
Irlandiya yazıçısı Kolm Toybin “Bruklin” romanına görə “ilin yazıçısı” elan olunaraq “Kosta” mükafatına layiq görülüb. (AP)

Əsər 1950-ci illərdə Vətənini tərk edib Amerikaya üz tutan gənc irland qadın haqqındadır.

O, Vətən həsrəti ilə Nyu-Yorkdakı yeni həyat arasında qalıb.

Bu, “Kosta” mükafatının 5 nominasiyasından yalnız biridir.

“İlk roman” nominasiyasında isə Rafael Selburn qalib gəlib.

Onun “Gözəllik” romanı – nigah ərəfəsində Britaniyaya qaçan banqladeşli qızdan bəhs edir.

Şeir nominasiyasında isə Kristofer Reyd qalib elan edilib.

"Kosta" mükafatı 1971-ci ildə təsis edilib, Britaniya və İrlandiya Respublikası vətəndaşlarına verilir.

Hər nominasiya üzrə mükafatın dəyəri 8 min dollardır.

Münsiflər Heyəti 5 nəfərdən birini seçərək yanvarın 26-da “ilin kitabı” nominasiyasının qalibi elan edəcək.

Həmin yazara əlavə olaraq 40 min dollar mükafat veriləcək.

Mükafat 2006-cı ilə qədər “Whitbread” adlanırdı. Sponsorluq – turizm, otel, restoran biznesi ilə məşğul olan “Whitbread” şirkətinin boynunda idi.

Amma 4 ildir ki mükafata “Costa” qəhvəxanaları şəbəkəsi sponsorluq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG