Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

Piylənməyə səbəb nədir?


138 kq çəkisi olan 16 yaşlı Guan Yue müalicə alır, 10 iyul 2007
138 kq çəkisi olan 16 yaşlı Guan Yue müalicə alır, 10 iyul 2007
Siz az yeyir, çox idman edir, ancaq yenə də arıqlaya bilmirsiniz? Bəlkə buna səbəb sizin valideynlər – daha doğrusu, genləriniz, keçirdiyiniz yuxusuz gecələr və ya «pilənmə virusu»dur?

«İndependent» qəzeti yazır ki, mütəmadi idmanla məşğul olmaq və balanslı diet saxlamaq sağlam çəkiyə nail olmağın başlıca yoludur. Bununla belə, qərbli mütəxəssislərin fikrincə, qamətini bərpa etmək istəyənlər təkcə az yeməklə, daha artıq hərəkət etməklə kifayətlənməməlidir.

Davamlı kökəlməyə səbəb olan amillərdən biri -

YUXUSUZ GECƏLƏRdir

Yuxu və çəki arasında əlaqə bir neçə ildir ABŞ mütəxəssislərinin diqqətindədir. Onların fikrincə, piylənmə yuxu rejiminin pozulması, yuxu saatının azalması ilə bağlı ola bilər.

Kolumbiya Universiteti alimlərinin gəldiyi nəticə bu iddiaları təsdiqləyir. Aparılan tədqiqata görə, yuxusu ərşə çəkilənlər hərəkət etmələrinə baxmayaraq, daha çox kökəlir. Tədqiqatçı doktor James Gangwisch qeyd edir ki, «yuxusuzluq «toxluq» hormonu olan - leptinin azalması və iştahı artıran grehlinin artması ilə nəticələnir».

Londondakı «LifeSmart» sağlamlıq mərkəzinin direktoru Carol Caplin də yuxusuzluğun çəkini artırdığını təsdiqləyir. Onun fikrincə, yuxusuzluğa səbəb gec saatlarda qida, alkoqol qəbul etmək, stres, narahatlıq kimi hisslərdir.

DƏRMANLARIN ƏKS TƏSİR EFFEKTİ


Britaniya ekspertlərinin fikrincə, gözlənilməyən piylənmə dərmanların əks təsirindən də yarana, bir neçə ay ərzində insan 30 funt əlavə çəki yığa bilər. Steroidlər, antidepressant, epileptika əleyhinə vasitələr iştahı artırmaqla kiloların sayını da artıra bilir.

Yüksək qan təzyiqi dərmanları, qanda kalsiumun miqdarını azaltmaq üçün olan vasitələr, mayalanmaya qarşı dərmanlar da köklüyə yol açır.

Ona görə də mütəxəssislər dərmanı həkim məsləhəti ilə qəbul etməyə çağırır.

YAŞLANMA

Piylənmənin bir səbəbi də yaşın üstünə yaş gəlməsidir. Yaşlaşdıqca adətən çətin əriyən qarın piyləri yaranır.
99 kq çəkisi olan 8-yaşlı Konnor MakKridi, Böyük Britaniya, 27 fevral 2007
Bu cür köklük idmana daha az vaxt ayrılması, hormonal və maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.

«PİYLƏNMƏ VİRUSU»


Tədqiqatçı Nixil Dhurdabdarın fikrincə, ABŞ və Böyük Britaniyada piylənmə epidemiyasına səbəb virus da ola bilər. Onun bu tezisi Detroytdakı Vayn Dövlət Universitetinin dəstəyini qazanıb. Ancaq skeptiklər hesab edirlər ki, uzun müddətli köklüklə virusun əlaqəsi yoxdur. Ancaq doktor Dhurdabdar iddia edir ki, sübut ABŞ xəritəsidir – «piylənmə epidemiyası son 20 ildə meşə yanğınları kimi şərqdən qərbə yayılıb».

O qeyd edir ki, hər şey 80-ci illərin əvvəlində Bombeydən başlayıb. Həmin dövrdə «quş qripi»ndən ölən cücələr gözlənildiyi kimi, arıq yox, əksinə kök idilər. O, müəyyənləşdirib ki, cücələr adenovirusa yoluxublarmış, bu virus insanlarda soyuqdəyməyə səbəb olur. Sonrakı araşdırmalar hər 5 adamdan 1-də adeonovirus infeksiyasının olduğunu üzə çıxarıb. Bu infeksiyalı adamların çəkisi digərlərindən təxminən 33 fut artıqdır.

HƏRƏKƏTSİZLİK

Bu da artıq çəkinin səbəblərindən biridir. Müxtəlif ixtiralar, elektrik yardımçılar, avtomat qurğular və s. hərəkəti məhdudlaşdıran amillərdəndir. Bunun nəticəsində kişilər gündə 18 min, qadınlarsa 14 min addım atmalı olsalar da, bu göstərici yalnız 5-6 min arasında dəyişir.

SİQARETDƏN İMTİNA

Əgər siqaret çəkən şəxs gündə 200 kalorisini məhz bu vərdişinə görə yandırırsa, digər tərəfdən nikotini udmaq iştahanı artırır. Təəccüblü deyil ki, bu vərdişdən əl çəkənlər tez bir zamanda kökələ bilir. Keçmişdə siqaret çəkənlərin iştahası dəyişməsə də, ilk aylarda 5-10 fut çəki yığa bilir.

PİYLƏNMƏDƏ GENLƏRİN ROLU

İnsanlarda azı 50 geninin piylənməyə səbəb olduğu bildirilir. Onlardan FTO adlanan gen 6 adamdan birində rast gəlinir. Bu gen köklüyə yol açır.

OTAQ TEMPERATURU


Alimlər deyir ki, isti, rahat mühitdə yaşayan siçanlar daha kök olur. Siçanlara aid olan insanlara da şamildir. Amerikalı mütəxəssislərin son araşdırmasına görə, ABŞ-da piylənməyə səbəblərdən biri də ev və ofislərdə mərkəzi istimə sistemi və kondisionerlərin artmasıdır. Bununla belə, gözlənilmir ki, bu tapıntıya görə insanlar öz rahatlıqlarından imtina edəcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG