Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Azərbaycanın cənubunda televiziya yayımı dayanıb


Azərbaycanın cənubunda televiziya verlişlərinin yayımı dayanıb.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Baləli Rzayev «Trend»ə bildirib ki, Lerikdə yerləşən hündürlüyü 150 metr olan teleötürücünün 104 metr hissəsindən sonra əyilmə baş verib.

Buna rayondakı küləkli hava şəraiti səbəb olub. Bu səbəbdən də televiziya verilişlərinin yayımı dayanıb.

O, deyib ki, küləkli və qarlı hava şəraiti davam etdiyindən qüllənin bərpasında problemlər yaranıb.

Hazırda rayonun elektrik enerjisi ilə təchizatı da dayandırılıb.

Sədr müavini qeyd edib ki, qasırğanın vurduğu ziyan böyük olduğundan kəndlərə elektrik enerjisinin bərpası iki günə mümkün olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG