Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:48

4 icmanın fəaliyyətinə xitam verilə bilər


Bu barədə Dini Qurumlarla İş üzrə Komitənin qərb bölgəsi üzrə şöbə müdiri Firuddin Kərimov məlumat verib.

O, bildirib ki, dini icmaların qeydiyyat şəhadətnaməsi almaq üçün son müraciət tarixi 1 yanvar olub. Həmin günədək Gəncədə fəaliyyət göstərən 6 islamyönümlü icmaların 3-ü qeydiyyatdan keçib, digər 3-ü isə sənədlərini təqdim edib.

Xristian yönümlü 7 icmanın 3-ü qeydiyyat şəhadətnaməsi almaq üçün müraciət etsə də, qalan 4-ü sənədlərini təqdim etməyib.

Firuddin Kərimov deyir ki, rəsmi qeydiyyatı olmayan dini icmaların fəaliyyətinə yol verilməyəcək.

Ötən il «etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər edilib.

Firuddin Kərimov deyir ki, qanuna görə yalnız yerli icra hakimiyyətində qeydiyyatdan keçən və dini qurumların dövlət reystirinə daxil olan dini icmalar fəaliyyət göstərəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG