Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:42

Obama anti-terror iclası keçirəcək


Yanvarın 5-də Barak Obama anti-terror tədbirləri ilə bağlı iclas keçirəcək. İclasda təhlükəsizlik rəsmiləri iştirak edəcək. Gözlənilir ki, ABŞ prezidenti daha sonra xüsusi bəyanatla çıxış edəcək.

Dekabrın 25-də Amsterdam-Detroyt aviareysi ilə uçan təyyarənin göyərtəsində uğursuz terror cəhdindən sonra hava limanlarında xüsusi yoxlamalara başlanıb. 23 yaşlı Nigeriya vətəndaşı Milad Bayramı günü təyyarədə partlayıcını işə salmağa çalışsa da, sərnişinlər tərəfindən zərərsizləşdirilib.

Ağ Ev bildirib ki, hökumət terrorla əlaqəli şübhəlilərin siyahısını nəzərdən keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG