Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Partlayışı «Əl-Qaidə»nin ikili casusu törədib


Bu yaxınlarda Əfqanıstanda hərbi bazada baş verən partlayışı «Əl-Qaidə»nin ikili casusu törədib.

Amerika mətbuatının məlumatına görə həmin şəxs İordaniyadan olan 36 yaşlı həkim - Humam Xəlil Əbu-Mulal əl-Balavidir.

Partlayış zamanı xüsusi xidmət orqanının 7 əməkdaşı və İordaniya kəşfiyyatının zabiti ölüb.

Məlumata görə əl-Balavi əvvəllər «Əl-Qaidə» ilə əlaqədə olub, həbsdə yatıb, daha sonra İordaniya xüsusi xidmət orqanlarına cəlb olunub. O, terror qruplaşmanın rəhbərliyinin etimadını qazanmalıydı.

Həqiqətdə isə əl-Balavi «Əl-Qaidə» təşkilatına işləməkdə davam edib və dekabrın sonunda Əfqanıstanın Host vilayətində hərbi bazada partlayış törədib.

ABŞ-ın xüsusi xidmət orqanı bu məlumatları şərh etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG