Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25
Azərbaycanın cənub rayonlarında güclü küləyin elektrik xətləri və rabitəni sıradan çıxması nəticəsində çörək qıtlığı yaranıb. Çörək sexlərinin əksəriyyəti elektrik enerjisi ilə işlədiyindən fəaliyyətləri iflic olub.

Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov AzadlıqRadiosuna bildirib ki, rabitə xətləri qismən bərpa edilib. Elektrik xətlərinin tezliklə bərpası isə mümkün olmayacaq. Onun sözlərinə görə, buna bir neçə gün vaxt lazımdır.

Habil Məlikovun deyir ki, rayondakı təmir-bərpa işləri daxili imkanlar hesabına həyata keçirilir. Bundan başqa, komissiya üzvləri fərdi evlərə dəymiş zərərin miqdarını müəyyənləşdirirlər.

Komissiya sədri Lerikin 40 kilometrliyində yerləşən Bırkandul meşə massivində baş verən yanğın nəticəsində 5 hektar meşə ərazisinə ciddi ziyan dəydiyini deyib. Yanğına səbəb güclü külək olub.

Yanvarın 2-dən 3-nə keçən gecədən başlayan qasırğa Lerik və Yardımlı rayonlarının elektrik təsərrüfatını tam iflic vəziyyətə salıb, yüzlərlə elektrik dirəyi aşıb, on kilometrlərlə naqil sıradan çıxıb. Küləyin sürəti saniyədə 45 metr təşkil edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG