Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:49

Beş amerikalı Pakistanda məhkəmə qarşısına çıxarılıb


Bu gün beş nəfər ABŞ vətəndaşı Pakistanda məhkəmə qarşısına çıxarılıb. Onlar Pakistanda terror aktları planlaşdırmaqda ittiham olunurlar.

İttiham olunanlar dekabrın əvvəlində Pakistanın şərqində islamçı yaraqlılarla əlaqə qurmaq istəyəndə həbs olunublar.

Keçən həftə yerli polis bildirmişdi ki, onları ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bildirilir ki, onların dindirilməsində Federal Təhqiqatlar Bürosunun əməkdaşları da iştirak edib.

XS
SM
MD
LG