Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49
Türkiyənin Giresun vilayəti Görələ rayonunun müftisi Ənvər Türkmən deyib ki, bəzi adamların qonşularının istifadə etdiyi Wi-Fi-dan icazəsiz şəkildə yaralanması haramdır.

Doğan Xəbər Agentliyinin (DHA) yaydığı xəbərə görə, Ənvər Türkmən internet fətvasını belə izah edir ki, qonşunun xəttindən istifadə etmək üçün onun sahibindən icazə almaq lazımdır.

«İcazəsiz şəkildə başqasının kabelsiz internetindən istifadə etmək, islam dininin qaydalarına uyğun deyil. Wi-Fi-dan istifadənin bir limiti var. Bu limiti keçəndə əlavə pul ödəmək lazım gəlir. Başqasının Wi-Fi-na girərək həm onun malından pulsuz istifadə edirsiniz, həm də limitin keçilməsinə səbəb olaraq qonşunuza ziyan vurursunuz. Buna görə də icazəsiz şəkildə qonşunun kabelsiz internetindən istifadə etmək halal deyil və Allahın qulunun haqqını yeməkdir» – deyə müfti jurnalistələrə deyib.

Türkiyədə müftilər Dini işlər idarəsinin əmri ilə vəzifəyə təyin edilirlər. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dini dövlətdən ayırmaq məqsədi ilə 1926-cı ildə yaratdığı bu idarənin indiki büdcəsi bir çox nazirliyin büdcəsindən çoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG