Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24
Yanvarın 3-də Nyu-Yorkun üç ən böyük hava limanlarından biri - Nuvark Liberti Beynəlxalq hava limanı bağlanıb.

Aeroportun Nəqliyyat və Təhlükəsizlik Administrasiyasının (NTA) verdiyi məlumata görə, təxminən axşam saat 5:30 radələrində naməlum şəxs C terminalında yoxlanış məntəqəsində nəzarətdən keçmədən hava limanının təhlükəsiz bölməsinə keçə bilib.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, bundan dərhal sonra Nuvark hava limanının C terminalından qalxan bütün təyyarələrin uçuşu qadan edilib. Artıq təyyarədə olan sərnişinlər hava limanının ictimai sahəsinə evakuasiya ediliblər.

İnsidentlə əlaqədar aeroporta enmiş təyyarələrin C terminalına yaxınlaşmaları da qadağan edilib və nəticədə minlərlə sərnişin saatlarca təyyarənin içində gözləməyə məcbur olublar. Bütün yerli və beynəlxalq uçuşlar gecikir.

Yoxlanış məntəqəsindən keçmiş bütün sərnişinlər evakuasiyadan sonra yenidən yoxlanılacaq.

NTA rəsmiləri təhlükəsizlik kameralarını izləməklə nəzərdən yayınmış naməlum şəxsi təyin etməyə çalışırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG