Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:53

İranda 11 polis öldürülüb


Polis qaçaqmalçıları saxlamaq istəyərkən atışma başlayıb

Polis qaçaqmalçıları saxlamaq istəyərkən atışma başlayıb

İranda narkotik qaçaqçılarıyla toqquşmada 11 polis ölüb.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, toqquşma Tehranın 500 kilometrliyindəki çöllükdə baş verib.

Polis qaçaqmalçıları saxlamaq istəyərkən atışma başlayıb.

Həmçinin qaçaqmalçılardan 4-nün öldüyü bildirilir.

Əfqanıstan və Pakistandan gələn narkotiklər adətən bu yolla daşınır.

Son 20 il ərzində İranda qaçaqçılarla bu cür toqquşmalarda 3 600-dən çox polis və əsgər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG