Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:25

BMT rəsmisi Əfqanıstandakı vəziyyəti siyasi uğursuzluq adlandırıb


Əfqanıstan parlamentinin yeni kabinet üzvlərinin əksəriyyətini rədd etməsi siyasi uğursuzluqdur.

Bunu BMT-nin Əfqanıstandakı missiyasının rəhbəri Key Eyde jurnalistlərə açıqlamasında deyib.

Vəziyyətin çətinləşdiyini deyən BMT rəsmisi qeyd edib ki, indi ölkə prezidenti Həmid Kərzai yeni seçim etmək üçün əlavə enerji itirməlidir.

Deputatlar dünən keçirilmiş səsvermədə prezidentin təqdim etdiyi 24 namizədən 17-ni rədd ediblər.
XS
SM
MD
LG