Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

İlham Əliyev Pakistan prezidentinə başsağlığı verib


Prezident İlham Əliyev Pakistanda baş vermiş terror aktına görə pakistanlı həmkarı Asif Əli Zərdariyə başsağlığı verib:

«Lakki Marvat şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzhürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm».
XS
SM
MD
LG