Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

Dünya liderləri Pakistanda törədilmiş partlayışı ittiham edir


Aparıcı dünya ölkələri Pakistanda 90-a yaxın adamın ölümüylə nəticələnmiş terror aktını kəkskin pisləyiblər.

ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Birləşmiş Ştatlar ifratçılıqla mübarizə və demokratiyanın inkişafında Pakistan xalqına dəstəyi davam etdirəcək.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi isə bu hücumu dəhşət adlandırıb və bildirib ki, bu bir daha göstərir ki, beynəlxalq aləm ifratçılığa qarşı mübarizə aparmalıdır.

İntiharçının dünən Lakki Marvat şəhərində keçirilən voleybol oyunu vaxtı törətdiyi partlayışda azı 88 adam ölüb.

Bu oktyabrın 28-də Peşəvarda 120 adamın ölümüylə nəticələnmiş partlayışdan sonra ən böyük terror aktıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG