Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:43

«Bu il də parlament seçkilərində YAP qələbə çalacaq»


Rauf Mirqədirov və Musa Quliyev
Rauf Mirqədirov və Musa Quliyev
Bu proqnozu «Panorama» verilişində YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev səsləndirib. Onun fikrincə, YAP indi Azərbaycanda ən güclü, ən mütəşəkkil siyasi qüvvədir.

Musa Quliyev 2010-cu ildə Qarabağ münaqişəsinin həllində də ciddi dönüş yaranacağına inanır:

«Yola saldığımız 2009-cu ildə beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artırdılar. Bu səylər bir qədər də artsa, Azərbaycan uğurlu xarici siyasətini davam etdirsə və Türkiyə bu proseslərdə müsbət istiqamətdə səylərini gücləndirsə, münaqişənin həllində dönüş yarana bilər. Təbii ki, Azərbaycan iqtisadi və hərbi sahədə öz gücünü bir qədər də artırmalıdır».

Musa Quliyev düşünür ki, 2010-cu ildə əhalinin sosial rifahı da yaxşılaşmaqda davam edəcək:

«Azərbaycanın əyalətləri inkişaf edəcək, gözəlləşəcək. Sosial, infrastruktur layihələri davam edəcək».

Müstəqil ekspert Rauf Mirqədirov isə 2010-cu ildə böyük dəyişikliklər baş verəcəyinə inanmır:

«Mən razıyam ki, YAP parlament seçkilərində yenə üstünlük əldə edəcək. Ancaq demirəm ki, xalq onlara səs verəcək. Sadəcə, seçildilər-seçilmədilər, yenə parlamenti tutacaqlar. Müxalifət isə ölkədə böyük dəyişikliklər baş verməsə, yenə zəifləyəcək. Hərçənd, mən indi böyük dəyişikliklərin baş verəcəyinə inanmıram. Ancaq Azərbaycan kimi ölkələrdə müxalifətin sıradan çıxması təəssüf doğurur. Bu, demokratiyanın zəifləməsi, seçki sisteminin sıradan çıxması deməkdir».

Rauf Mirqədirov düşünür ki, Qarabağ münaqişəsinin həlli heç də daxili amillərdən asılı deyil. Bu, regionda söz sahibi olan ölkələrin maraqlarından asılı olacaq. R.Mirqədirov əhalinin dolanışığında da ciddi dəyişikliklərin baş verəcəyinə şübhə ilə yanaşır:

«Hakimiyyət fəxrlə deyir ki, bu il pensiyaların baza hissəsi 90 manata çatdırılacaq. 90 manat belə ehtiyac zənbili üçün kifayət etmir. Statistika Komitəsi istədiyini deyə bilər, ancaq həqiqət həqiqətliyində qalır…».

Buna da bax:

XS
SM
MD
LG