Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:12

Tehran deyir ki, nüvə yanacağını özü istehsal edə bilər


İran bəyan edib ki, əgər qərb ölkələri onu zənginləşdirilmiş uranla təmin etməsələr, bu işi özü görəcək.

İranın xarici işlər naziri Manucöhr Mottaki dövlət televiziyasına müsahibəsində deyib ki, Qərb bir ay ərzində Tehrana nüvə yacağı satmaq və ya bu yanacağın İranın öz ehtiyatlarının bir qismiylə dəyişdirilməsi təklifinə cavab verməlidir.

Tehran bundan əvvəl öz ehtiyatlarının böyük bir hissəsinin mübadilə edilməsilə bağlı təklifi rədd edib.

Qərb hesab edir ki, İran zənginləşdirilmiş urandan nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG