Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:16

MSK bayram günlərində də şikayətləri araşdırıb


Mərkəzi Seçki Komissiyası (MSK) bayram günlərində də işləyib, şikayətləri araşdırıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzadlıqRadiosuna belə deyib:

«MSK, dairə seçki komissiyaları, şikayətlə bağlı araşdırmaya cəlb olunan məntəqələr də işləyiblər. Müxtəlif bölgələrdən səsvermə günü ilə bağlı xeyli müraciət var».

Bələdiyyə seçkilərinə müdaxilə etdiyi bildirilən Naftalan rayon İcra Hakimiyyəti başçısı ilə bağlı məsələyə gəlincə, A. Sarıyev deyib ki, hələlik bu məsələ MSK-nın müzakirəsinə çıxarılmayıb:

«Bu barədə ekspert qrupunun üzvləri və MSK-nın yerli hüquqşünas əməkdaşları araşdırmanı başa çatdırandan sonra artıq arayışı hazırlayıblar və bu günlərdə MSK-nın iclasına təqdim olunmalıdır».

MSK sədri Məzahir Pənahov dekabrın 28-də bildirib ki, Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayevin seçki prosesinə müdaxiləsi təsdiqini tapır.

Günün bütün mövzuları

XS
SM
MD
LG